Bu gün vizanı Gürcüstan vətəndaşları üçün Rusiya tərəfi götürüb, qərbin narahaçılığı əsassızdır – Zaur Darğallı
“Siz bilirsiniz ki, Rusiya vətəndaşları üçün Gürcüstan viza tətbiq etmirdi. Rusiya vətəndaşları bu gün də vizasız ölkəyə gəlib-gedə bilirlər”. Bu fikirləri Gürcüstan parlamentinin üzvü Zaur Darğallı mətbuata açıqlamasında bildirdi. Onun sözlərinə görə, uzun illərdir ki, Gürcüstan vətəndaşlarına vizanı Rusiya tərəfi tətbiq edirdi.

“Rusiyanın şəxsi qərarı ilə bu vizanı onlar qaldırdılar. Əlbəttə bu Gürcüstanla bağlı bir proses deyil. Bu Rusiyanın daxili hakimiyyətinin verdiyi qərardır. Mən düşünürəm ki, bizim vətəndaşların həyatlarını asanlaşdıracaq. Belə deyim, bu qərar minlərlə, yüz minlərlə insanın həyatını asanlaşdıracaq. Bilirsiniz ki, Rusiyada yüz minlərlə Gürcüstan vətəndaşları yaşayır. Düşünürəm ki, bu normal bir qərardır. Hansı ki, bu gün vətəndaşlarmızın gediş-gəlişinə problem yaratmır”.

Darğallının sözlərinə görə, Rusiya ilə uçuşları həyata keçirən şirkətlərin heç birinə sanksiya tətbiq olunmur. O, düşünür ki, bu sahədə qərbin heç bir narahatçılığına ehtiyac yoxdur.

“Sanksiya tətbiq olunmayan şirkətlər uçuşlar həyata keçirir. Əlbəttə ki, qərb tərəfdən mesajlar ola bilər. Amma yenə də mən qeyd edirəm ki, Gürcüstanla vizanı Rusiya götürüb. Rusiya buna qərar verib və düşünürəm ki, bu sahədə qərbin narahat olmağa heç bir səbəbi yoxdur. Çünki Gürcüstan tərəfi, Gürcüstan hakimiyyəti Avropaya inteqrasiya və Avroatlantikaya inteqrasiya kursunu möhkəm tutur. Bu Gürcüstan xalqının seçimidir. Gürcüstan xalqı və hakimiyyəti Avropa və Avroatlantika inteqrasiya istiqamətində bugünkü gün də addımlar atır. Bilirsiniz ki, Gürcüstana üzərinə qoyulan öhdəliklər var. Gürcüstan 12 bəndlik öhdəlik götürüb və onu həyata keçirərək addım atır. Mən düşünürəm ki, qərbin narahatçılığı əsassızdır. Bu gün vizanı Gürcüstan vətəndaşları üçün Rusiya tərəfi götürüb”.

Qeyd edək ki, 10 may tarixində Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi. Artıq Gürcüstan vətəndaşları Rusiyaya vizasız səfər edə bilərlər. Qərar 15 maydan qüvvəyə minib. Bununla yanaşı may ayının 19-dan Gürcüstanla Rusiya arasında uçuşlar da bərpa edilib. Moskvadan Tbilisiyə ilk təyyarə 19 may tarixində gəlib, müxalifət və vətəndaş sektoru isə bunu etirazla qarşılayıblar.

Print Email
FaceBook Twitter Google