KOBİA Gürcüstanın Biznes Assosiasiyası ilə Anlaşma Memorandumu imzalayıb
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstana səfəri çərçivəsində Tbilisi şəhərində Gürcüstan-Azərbaycan biznes forumu keçirilib.

Rəsmi şəxslərin, Azərbaycan və Gürcüstan iş adamlarının iştirakı ilə keçirilmiş tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze imzalayıblar. Memorandumda KOB sahəsində yeniliklərə dair məlumat və KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində sahibkarlar arasında əlaqələrin təşviqi, bu istiqamətdə müxtəlif platformaların yaradılmasına dəstək, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər nəzərdə tutulur.

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google