İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstana səfəri
çərçivəsində Tbilisi şəhərində Gürcüstan-Azərbaycan biznes forumu
keçirilib.
Rəsmi şəxslərin, Azərbaycan və Gürcüstan iş adamlarının iştirakı
ilə keçirilmiş tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən
KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və
Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan
Vepxvadze imzalayıblar. Memorandumda KOB sahəsində yeniliklərə dair
məlumat və KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə
qarşılıqlı təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində
sahibkarlar arasında əlaqələrin təşviqi, bu istiqamətdə müxtəlif
platformaların yaradılmasına dəstək, KOB-lar arasında əməkdaşlığın
gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər
nəzərdə tutulur.