Batumidə “Retro” restoranının sahibi ofisiantı döydüyünə görə saxlanılıb
Batumidə "Retro" restoranının sahibi Teymuraz Varşanidze zorakılıq ittihamı ilə polis tərəfindən saxlanılıb.

Polis dünən, iyunun 4-də sosial şəbəkələrdə yayılan videogörüntü əsasında Cinayət Məcəlləsinin 126-cı Zorakılıq maddəsi ilə araşdırmalara başlayıb.

İyunun 3-də Batumidə “Retro” restoranının sahibi ofisiantı döyüb. “Retro”nun əməkdaşlarından biri dünən baş verən zorakılığın görüntülərini yayıb.

Restoranın əməkdaşının batumlulara təqdim etdiyi videoda restoran sahibinin ofisiantı tutub qapıdan bayıra atması görünür. Sonra qışqırıq eşidilir.

“Retro”nun əməkdaşının sözlərinə görə, Teymuraz Varşanidze küçədə ofisiantı döyməkdə davam edib.

Günahı sübuta yetirilərsə, “Retro” sahibinə 120 saatdan 140 saata qədər ictimai işlər və ya 6 aydan 1 ilədək müddətə ev dustaqlığı və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcək.

Print Email
FaceBook Twitter Google