Elektron qolbaqlar və başqa formalar var - Zurabişvili Saakaşvilinin cəza çəkməsi haqqında
Gürcüstan prezidenti Salome Zurabişvilinin fikrincə, həbsdə olan Mixeil Saakaşvilinin əfv olunması Gürcüstanın imicinə vurulan zərəri dəyişəcək məsələ deyil.

O, bu məsələni “France 24” telekanalı ilə danışıb və əlavə edib ki, Saakaşviliyə dünyanın bir çox başqa məhkum edilmiş prezidentləri kimi münasibət göstərilməlidir. Bu kontekstdə o, cəzanın alternativ formalarını qeyd edib.

Bundan əvvəl aparıcı Zurabişviliyə bildirib ki, Qərbdə bir çox insanlar Gürcüstan prezidentinin həbsdə olan eks-prezidentin səhhətinin vəziyyətini nəzərə alaraq onu əfv etmək niyyətində olub-olmaması ilə maraqlanır.

“Onlar bütün bu vəziyyətin Gürcüstanın
Qərbdəki imicinə vurduğu ziyanı vurğulayırlar”,
- deyə Zurabişvilinin cavabını verən aparıcı qeyd edib:

“Bəli, mən bunu bilirəm, bundan narahatam və bu vəziyyəti yüngülləşdirmək üçün çox işlər görürəm. Lakin vurulan ziyan hökumətin qəbul etdiyi qərarlar hesabına oldu və amnistiya əslində bu zərəri aradan qaldıracaq [məsələ] deyil.

Düşünürəm ki, ona [Saakaşviliyə] dünyanın bir çox başqa məhkum edilmiş prezidentləri kimi münasibət göstərilməlidir.

Elektron qolbaqlar və digər formalar var ki, onlar Aİ-yə daxil olacaq bir ölkədən gözlənilənlərə daha çox uyğun gəlir”.


Fransa mətbuatına verdiyi müsahibələrdə Zurabişvili qeyd edib ki, Saakaşvilinin əfv olunması məsələsi konkret hüquqi şəraitlə məhdudlaşır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər