Dəmyə Görarxı kəndində məktəbəqədər hazırlıq qrupunu bitirən uşaqlar üçün şənlik keçirilib (FOTO)
Dəmyə Görarxı kəndində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qrupunu bitirən uşaqlar üçün şənlik keçirilib. Şənlikdə uşaqlar rəqs edərək, şeirlər söyləyiblər.

Tədbir məktəbəqədər hazırlıq qrupunun müəllimi Məleykə Nağıyeva tərəfindən təşkil edilib. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, keçirilən tədbir onlar üçün çox yaddaqalan olub və gələcəkdə də bu cür tədbirlərin keçirilməsini davam etdirəcək.

“Tədbirdə Dəmyə Görarxı ictimai məktəbinin direktoru Fərman Qurbanov, Sadaxlı 2 saylı ictimai məktəbinin gücü dili müəllimi Lalə Cəlilova, Dəmyə Görarxı ictimai məktəbinin müəllimələri Tahirə Qurbanova, Zərnişan Qələndərova, Nəzakət Aşiqova və valdeynlər iştirak edirdilər. Mənə bu işdə dəstək olan Səidə Qurbanovaya və Nuranə Qurbanovaya təşəkkür edirəm. Şənlikdə uşaqlar rəqs etdilər, şeirlər söylədilər. Valdeynlərin iştirakı ilə yarışma da keçirildi. Bu bizim üçün çox yaddaqalan bir gün oldu. Əməyi keçən hər kəsə təşəkkür edirəm.”

Dəmyə Görarxı kəndində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qrupunu bu il 38 uşaq bitirib. Onlardan 31 bu il məktəbə gedəcək, 7 uşağın isə yaşı məktəbə düşmədiyi üçün məktəbə gedə bilməyəcək. Tədbirin sonunda məktəbəqədər hazırlıq qrupunu bitirən uşaqlara müəllimlər tərəfindən sertifikatlar verilib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google