“Qaracalar” və “İnam kikboks klubu”nun idmançıları Senakidə keçirilən turnirdə 9 medal qazanıblar (FOTO)
2-4 iyun tarixlərində Senaki şəhərində kikboksinq üzrə 30-cu Gürcüstan çempionatı keçirilib. Çempionatda Gürcüstanın 14 bələdiyyəsindən 150-yə yaxın idmançı iştirak edib. Bolnisi və Qardabanidə fəaliyyət göstərən idman klublarının idmançıları çempionatda 9 medal qazanıblar.

Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət göstərən “İnam kikboks klubu”nun baş məşqçisi Şahin Bəxtiyarovun sözlərinə görə, onun altı tələbəsi yarışda iştirak edib.

“İdmançılar mənim rəhbərliyim altında qatılmışdılar. Rüfət Məmmədov, Məhəmməd Alməmmədov və Nuru Kələyev birinci yerə layiq görüldülər. Orxan Nəsibov ikinci yerə çıxdı. Sənan Salahlı və Otar Piriyev isə üçüncü yeri qazandılar. Məqsədimiz gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinə cəlb etməkdir”, – Şahin Bəxtiyarov dedi.

Çempionatda iştirak edən “Qaracalar” idman klubunun üç idmançısı yaxşı nəticələr əldə ediblər. Qardabanili məşqçi İsfahan Əliyevin sözlərinə görə, bu cür yarışların keçirilməsində əsas məqsəd regionda idmanın inkişafıdır.

“Bizim idman klubundan 3 idmançı qatılmışdı. Olardan Əli Qurbanov və Osman Osmanov 1-ci yeri qazandılar. Yunis Hacıyev isə 2-ci yerə çıxdı. Əsas məqsədimiz gənclərə dəstək olmaqdır”, – İsfahan Əliyev dedi.

Müxtəlif yaş kateqoriyalarında qalib gələn idmançılara sertifikat, medal və kuboklar təqdim olunub.

Turnirdə Senaki yerli idarəetmənin əməkdaşları, Gürcüstan Tayboks və Kikboksinq Federasiyasının nümayəndələri, azarkeşlər və dəvət olunmuş qonaqlar iştirak ediblər.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google