Gürcüstan sərhədlərində üz tanıma sistemlərinin inteqrasiyasını tamamlayacaq
Gürcüstan cari ilin sonunadək öz sərhəd-keçid məntəqələrində üz tanıma sistemlərinin inteqrasiyasını tamamlayacaq.

Bu barədə Gürcüstan hökumətinin parlamentə təqdim edilmiş illik hesabatında bildirilib. Qeyd olunub ki, layihə çərçivəsində sərhəd-buraxılış məntəqələrində lazım olan texniki vasitələrin və proqramların quraşdırılması 2023-cü ilin sonunadək başa çatdırılacaq.

Hesabatda qeyd olunub ki, sistem ölkəyə daxil olan, həmçinin ölkədən çıxan şəxslərin axtarışda olmasını, deportasiya edilmiş və ya saxta sənədlərlə səyahət etməsini müəyyən etməyə imkan verəcək. Məlumata görə, layihə hazırda sınaq mərhələsindədir və müvafiq satınalma və quraşdırma mərhələsinə keçiləcək.

Hesabatda sözügedən sistemlərin ölkənin sərhəd təhlükəsizliyi baxımından vacib addım olduğu qeyd edilib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google