Qazaxıstanın aşağı büdcəli aviaşirkəti FlyArystan Almatıdan
Kutaisiyə müntəzəm birbaşa uçuşlara başlayıb.
Bu barədə Gürcüstan Hava Limanları İttifaqı məlumat yayıb.
Onların məlumatına görə, Almatı Qazaxıstanın beşinci şəhəridir ki,
Kutaisi Beynəlxalq Hava Limanına birbaşa müntəzəm reyslər həftədə
iki dəfə, çərşənbə və bazar günləri həyata keçirilir.
Məlumatda qeyd olunduğu kimi, Almatıya ilk uçuşla əlaqədar Kutaisi
Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub, tədbirdə
aviaşirkətin nümayəndələri, Qazaxıstan Respublikasının
Gürcüstandakı səfirliyinin ikinci katibi və Gürcüstan Hava
Limanları İttifaqının direktoru İrakli Karkaşadze iştirak edib. İlk
reysdə Qazaxıstandan olan 175 sərnişin olub.
“FlysArystan Kutaisi Beynəlxalq Hava Limanında fəaliyyətini daha da
gücləndirir. Bu gündən hava limanımıza tamamilə yeni, beşinci
istiqamət . - Almatı əlavə edilib. Beləliklə, Qazaxıstan şəhərləri
tamamilə Kutaisidən əhatə olunacaq. Mərkəzi Asiya Kutaisi hava
limanı və ümumilikdə İmereti regionu üçün yeni istiqamətdir.
FLyArystan-ın uğurlu nümunəsi göstərdi ki, bizim region Qazaxıstan
üçün çox maraqlı, strateji əhəmiyyətli və cəlbedici məkandır. Yayda
aviaşirkət Qazaxıstandan Kutaisiyə həftədə 15 dəfə
uçacaq”, - Gürcüstan Hava Limanları İttifaqının
direktoru İrakli Karkaşadze bildirib.
Məlumata görə, Almatıdan başqa Qazaxıstanın aşağı büdcəli
“FLyArystan” aviaşirkəti paytaxt Astana, Atırau, Aktau və
Çimkənddən Kutaisiyə birbaşa müntəzəm reyslər həyata keçirir.
2022-ci ilə qədər aviaşirkət Kutaisi Beynəlxalq Hava Limanında
135.000 sərnişinə xidmət göstərmişdir.