Mütəmadi olaraq isti çay və kofe içmək orqanizmdəki selikli
qişaları yandırır, bu da insanın ağız nahiyəsində xərçəng riskini 3
dəfə artırır.
Bununla əlaqədar Çin və Amerikada araşdırmalar aparılıb. Alimlər
aşkar ediblər ki, həddən artıq isti içkilərin istehlakı bərpa
olunan hüceyrələri xərçəngə çevirə bilər.
İsti və sıx şəkildə istehlak edilən çay ağız və boğaz selikli
qişasında xroniki zədələnmələrə səbəb olur.
Elmi dəlillər açıq şəkildə göstərir ki, Yaxın Şərq cəmiyyətlərində,
o cümlədən bizdə sıx və isti çay istehlakı ağız xərçəngi riskini
artıran faktorlardan biridir. Buna görə də çay içənlər çayı çox
isti deyil, bir az soyuq içməlidirlər.
Çayın təzə və ilıq istehlakının bədənə faydaları haqqında məlumat
verən türkiyəli professor Köse bildirib ki, çayın 15 dəqiqədə
dəmlənməsini və yarım saatda içilməsini tövsiyə edirəm. Çay
tərkibində güclü antioksidantlar olan qiymətli bir içkidir. Amma bu
faydasından yararlanmaq üçün onu ilıq formada içmək lazımdır.
Amma bu fikirə Türkiyənin çayın məşhur olduğu Rize bölgəsindən olan
tibb mütəxəssisləri etiraz edib. Onların fikrincə, Rizelilər çayı
isti içirlər. Lakin bu ərazidə yaşayanlarda xərçəng xəstəliyinə çox
rast gəlinmir. Burada hətta çayın qaynar olması üçün çay süzməzdən
öncə isti suda yuyurlar ki, çay süzüldükdən sonra soyumasın. Amma
deyildiyi ki, ağız boşğuğunda xərçəng aşkarlanmış insanlar demək
olar ki, yoxdur.
medicalmedia.az