İlon Mask "Twitter" rebrendini təsdiqləyib.
Lent.az xəbər verir ki, bu barədə amerikalı sahibkar və milyarder
İlon Mask öz "Twitter" səhifəsində məlumat
verib.
O, "Twitter" sosial şəbəkəsini rebrendinq etmək planlarını
təsdiqləyib. Belə ki, "Twitter" sosial şəbəkənin hazırkı adının və
mavi quş loqosunun X hərfi ilə əvəz oluna biləcəyini iddia edən
sənədə imza atıb.
Mənbə: lent.az