Stoltenberq Kaxovka SES-in bəndinin dağıdılmasının nəticələrinə görə narahatdır
“Kaxovka su elektrik stansiyasında (SES) baş vermiş hadisə Ukraynadakı münaqişənin qəddarlığını bir daha nümayiş etdirir”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviter səhifəsində yazıb.

O, su elektrik stansiyasının bəndinin partlamasının nəticələrindən narahatlığını ifadə edib: “Bu gün Kaxovkada bəndin dağıdılması minlərlə dinc sakinin həyatını təhlükə altında qoyur, ətraf mühitə ciddi ziyan vurur”.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google