Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Beka Peradzenin sözlərinə
görə, “Retro” restoranı 30 min lari məbləğində cərimələnib.
Peradzenin qeyd etdiyi kimi, hüquqi vəziyyətin öyrənilməsi ilə
yanaşı, əməyin mühafizəsi normalarının pozulması səbəbindən
şirkətin fəaliyyət prosesi dayandırılıb.
“Şirkət 30 min lari cərimə olunub. Həmçinin, Acarıstan
və Tbilisi regionlarında şirkətin 3 obyektini araşdırdıq. Hüquqi
vəziyyətin öyrənilməsi ilə yanaşı, əməyin mühafizəsi normalarının
pozulması ilə əlaqədar şirkətin fəaliyyət prosesi dayandırılıb.
Bundan əlavə, işçilərin bu illər ərzində vurduğu bütün itkilərin
ödənilməsi, yəni əlavə iş haqqının ödənilməsi və ya müxtəlif
qanunlarda nəzərdə tutulan hüququn həyata keçirilməsi və işlə təmin
olunan insanlara ödənilməli olan məbləğin verilməsi barədə göstəriş
verilib”, - deyə Peradze bildirib.
Xatırladaq ki, “Retro” restoranının əməkdaşlarından biri sosial
şəbəkələrdə restoran sahibinin işçinin itələyib müəssisədən atdığı
videosunu yayıb. Onun məlumatına görə, restoranın sahibi Teymuraz
Varşanidze küçədə işçiyə fiziki təzyiq göstərməkdə davam edib. Daha
sonra Daxili İşlər Nazirliyi Batumidəki “Retro” restoranının
sahibini işçiyə qarşı zorakılıq faktına görə saxlayıb.
Daxili İşlər Nazirliyindən “İnterpress News”a verilən məlumata
görə, həmin şəxs zorakılıq ittihamı ilə saxlanılıb. Daxili İşlər
Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət
Məcəlləsinin 126-cı maddəsi ilə araşdırma aparılır.