Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin Dedoplistskaro
rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat
tədbirləri
və istintaq hərəkətləri nəticəsində 4 nəfəri qanunsuz olaraq
azadlıqdan məhrum etmə və hədə-qorxu ilə pul tələb etmə ittihamı
ilə saxlayıblar. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi
yayıb.
Qurumdan verilən məlumata görə, 2003-cü il təvəllüdlü M.B., 2001-ci
il təvəllüdlü Q.M., 1989-cu il təvəllüdlü M.S. və sınaq müddəti
olan 1994-cü il təvəllüdlü T.L. bir qrup şəxs tərəfindən əvvəlcədən
razılaşdırılaraq, zor tətbiq etməklə qanunsuz olaraq azadlıqdan
məhrum etmə və hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə
saxlanılıblar.
“Cinayətlərə görə 4 ildən 10 ilədək azadlıqdan
məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər pul almaq üçün
1972-ci il təvəllüdlü Q.C.-nı aldadaraq evindən çıxarıb, fiziki
zorakılıq ediblər və öldürməklə hədələyərək azadlığına mane
olublar.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə
orqanlarının əməkdaşları hadisəni törədən şəxsləri hadisədən az
sonra yaxalayıblar.
“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin üçüncü
hissəsinin “a” və “e” bəndlərinə, habelə 181-ci maddənin ikinci
hissəsinin “a” bəndinə uyğun olaraq aparılır”, -
məlumatda deyilir.