"Kaxovka su elektrik stansiyasını (SES) Rusiya
ordusunun 205-ci motoatıcı briqadası partladıb".
Bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixaylo Podolyak
yerli televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatının məlumatına əsasən,
Kaxovka SES-i Rusiya Silahlı Qüvvələrinin 205-ci motoatıcı
briqadası partladıb:
“Bu, ilkin məlumatdır. Hazırda
bütün informasiyalar yoxlanılır”.