“Sarpi” gömrük-keçid məntəqəsində 3 qanun pozuntusunun qarşısı
alınıb.
Agentlikdən verilən məlumata görə, Maliyyə Nazirliyinin Gəlirlər
Xidmətinin gömrük əməkdaşları tərəfindən Gürcüstan və xarici ölkə
vətəndaşlarının həm fiziki, həm də ona məxsus baqajlarına ətraflı
baxış nəticəsində gömrükdə bəyan olunmamış 43 460,34 lari (ümumi
çəkisi: 451,89 qram) olan qızıl-zinət əşyaları aşkar edilib.
“Qanunu pozan əcnəbi vətəndaşların iş materialları əlavə münasibət
bildirilməsi üçün Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil
verilib, qanunu pozan Gürcüstan vətəndaşı isə 168-ci maddənin
birinci hissəsinə əsasən 7573,59 lari məbləğində pul cəriməsi ilə
cəzalandırılıb”, - Maliyyə Nazirliyinin Gəlirlər
Xidməti tərəfindən yayılan məlumatda qeyd olunub.