Polis Marneulidə yetkinlik yaşına çatmamış qızın evlənmək məqsədi ilə qaçırılması faktı ilə bağlı 2 nəfəri saxlayıb (VİDEO)
Polis Marneulidə yetkinlik yaşına çatmamış qızın evlənmək məqsədi ilə qaçırılması faktı ilə bağlı 2 nəfəri saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları isti izlərlə aparılan əməliyyat nəticəsində 1994-cü il təvəllüdlü C.H. və 1981-ci il təvəllüdlü Q.A.-nı yetkinlik yaşına çatmamış şəxsə qarşı qrup şəklində törədilmiş azadlıqdan qeyri-qanuni məhrum etmə ittihamı ilə saxlayıblar.

Törədilmiş cinayətə görə 7 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, cari ilin 7 iyun tarixində Marneuli bələdiyyəsinin kəndlərindən birində C.H. evlənmək məqsədi ilə 2007-ci il təvəllüdlü S.K-nı azadlıqdan qeyri-qanuni şəkildə məhrum edib. Həmin cinayətdə hazırda müttəhim olaraq saxlanılmış Q.A-da iştirak edirmiş.

Polis isti izlərlə aparılan əməliyyat nəticəsində qaçırılmış qızın yerini müəyyən edib.

Hüquq-mühafizə orqanının əməkdaşları C.H. və Q.A-nı müttəhim qismində saxlayıblar.

Yetkinlik yaşına çatmamış şəxsin əvvəlcədən razılaşma ilə qrup tərəfindən azadlıqdan qeyri-qanuni şəkildə məhrum edilməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü bəndinin “a” və “d” bəndləri ilə istintaq aparılır.

Qeyd edək ki, bu gün, 8 iyun tarixində Marneuli kəndlərindən birində 16 yaşlı qızın qaçırılması ilə bağlı məlumat yayılıb. Məlumata görə, hadisə yeniyetmə qız səhər saatlarında evdən məktəbə gedərkən baş verib. Hazırda məktəbli qız ailəsinə qaytarılıb.


Print Email
FaceBook Twitter Google