2023-cü ildə Marneuli şəhər 4 saylı uşaq bağçasında bərpa işləri
aparılıb.
Kvemo Kartli bölgəsi tərəfindən yayımlanmış məlumata görə,
Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə ölkə miqyasında 885 uşaq
bağçasının tikinti-bərpası həyata keçiriləcək.
Qeyd olunan proqram çərçivəsində Kvemo Kartli regionunda cari ildə
15 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə, 8 uşaq
bağçasının bərpasına başlanılacaq.
2023-cü ildə tikiləcək:
- Rustavi şəhər 11 və 25 saylı uşaq
bağçaları;
- Bolnisinin Kazreti qəsəbəsi və Mamxuti uşaq
bağçaları;
- Tetritskaroda Vaşlovani və Orbeti uşaq
bağçaları;
- Tsalkada Tialeti və Kaburi uşaq
bağçaları;
- Qardabanidə Martkopi və Sartiçala uşaq
bağçaları;
- Dmanisidə Hamamlı və Yırğançay uşaq
bağçaları;
- Marneulidə Marneuli şəhər, Tsereteli və Şulaveri uşaq
bağçaları.
2023-cü ildə bərpa olunacaq bağçalar:
- Rustavi 31 saylı bağçası;
- Bolnisi bələdiyyəsində Tantsia və Kvemo Bolnisi
bağçası;
- Qardabani bələdiyyəsində Lemşveniera 1 saylı və
Lemşveniera-Mzianeti bağçası;
- Dmanisi 1 saylı uşaq bağçası;
- Tetritskaro 1 saylı uşaq bağçası;
- Marneuli 4 saylı uşaq bağçası.
Tikinti-bərpa işlərini Gürcüstanın Regional İnkişaf və
İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu həyata
keçirəcək.
Qeyd edək ki, Marneulidə 3 bağçanın tikintisinə dövlət büdcəsindən
10 milyondan artıq vəsait ayrılıb.