Bu gün, 8 iyun tarixində Marneuli bələdiyyəsinin 3 saylı uşaq
bağçasında 4 yaşlı uşağın "Feyri" qab yuma vasitəsi içdiyi güman
edilir.
Yayılmış məlumata görə, azyaşlı bağçadan getdikdən sonra huşunu
itirib və valideynləri onu xəstəxanaya aparıb.
Marneuli "Aversi" klinikasının Pediatriya Şöbəsinin rəhbəri İlona
Xidaneişvili "Marneuli" radiosuna bildirib ki, azyaşlı uşağın
vəziyyəti qənaətbəxşdir.
"Uşağın vəziyyəti qənaətbəxşdir, yemək yeyir. Ünsiyyət
qurur və gəzir. Ümumi parametrləri normadadır. Valideynin və
pedaqoqların dediyinə görə, güman ki, içdiyi maye
"Feyridir", — İlona Xidaneişvili bildirir.
Marneuli "Aversi" klinikasının rəhbəri bildirdi ki, uşağın
müalicəsinə ontolarinqloloq və toksikoloq qoşulub. O, laboratoriya
müayinələrindən keçirilib və müşahidə altındadır.