Yay dövründə hər bir şəxs mobil cihazdan istifadə strategiyasını
yenidən nəzərdən keçirməlidir. Bu zaman cihazlar yüksək temperatura
və günəş işığına qarşı həssasdır.
Batareyanın həddindən artıq isinməsi onun gözlənilməyən anda
sıradan çıxmasına səbəb ola bilər.
Telefonun isinməsinin qarşısını almaq üçün 3 sadə qaydaya əməl
etməlisiniz.
Telefon kabrosunu çıxarın
Kabro mobil cihazın qorunmasını təmin edən əşyadır. Bildirilir ki,
kabrosuz telefon batareyanın daha az isinməsinə şərait yaradır.
Telefonun yükünü azaldın
Telefonunuzda çalışıb ağır fayllar saxlamayın. Smartfonu qızdıran
əsas şeylərdən biri də budur. Yüksək keyfiyyətli videolar,
şəkilləri bacardıqca cihazınızdan silin.
Telefonunuzu günəş şüalarının düşdüyü yerə
qoymayın
Yayda telefonu çox isti və işıqlı yerlərə qoymaq olmaz. Belə bir
yerdə smartfonun uzun müddət qalması onu sıradan çıxarda bilər.