Türkiyədə iki tramvay toqquşub, 20 nəfər yaralanıb
Türkiyənin Samsun bölgəsinin İlkadım rayonunda iki tramvayın toqquşması nəticəsində 20-dən çox insan yaralanıb.

Bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi heyət cəlb olunub.

Qəza nəticəsində ölüm olmadığı qeyd edilib.

Hadisənin səbəbi araşdırılır.

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google