Gürcüstan beynəlxalq sanksiyalara əməl etdiyini iddia edir və heç
kimə məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək etmir.
Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.
“Gürcüstan heç kimə sanksiyalardan yan keçməyə kömək etmir.
Faktların heç biri təsdiqini tapmayıb. Gürcüstanın kömək etməsi
istina olunur, əksinə, dəfələrlə göstərilib ki, Gürcüstan kiməsə
sanksiyalardan yan keçməyə kömək etmir, üstəlik, onların təmin
olunmasına yardımçı olur. Bu, hər kəsin maraqlarına uyğun
olmalıdır” – Rati Breqadze diqqətə çatdırıb.
Gürcüstanlı nazir həmçinin bir daha vurğulayıb ki, uçuşların
bərpası barədə qərar Rusiya tərəfindən birtərəfli qaydada verilib
və Tbilisi bunda qəbahət heç nə görmür.
“Gürcüstan vətəndaşının Gürcüstana gəlməsi asanlaşdıqda, o, pula və
vaxta qənaət edəcək. Biz bunda pis heç nə görmürük. Bizim
tərəfimizdən başqa kontekst yoxdur”, - Breqadze
bildirib.