Gürcüstanın ədliyyə naziri: Rusiyaya sanksiyalardan yan keçməyə kömək etmirik
Gürcüstan beynəlxalq sanksiyalara əməl etdiyini iddia edir və heç kimə məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək etmir.

Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

“Gürcüstan heç kimə sanksiyalardan yan keçməyə kömək etmir. Faktların heç biri təsdiqini tapmayıb. Gürcüstanın kömək etməsi istina olunur, əksinə, dəfələrlə göstərilib ki, Gürcüstan kiməsə sanksiyalardan yan keçməyə kömək etmir, üstəlik, onların təmin olunmasına yardımçı olur. Bu, hər kəsin maraqlarına uyğun olmalıdır”
– Rati Breqadze diqqətə çatdırıb.

Gürcüstanlı nazir həmçinin bir daha vurğulayıb ki, uçuşların bərpası barədə qərar Rusiya tərəfindən birtərəfli qaydada verilib və Tbilisi bunda qəbahət heç nə görmür.

“Gürcüstan vətəndaşının Gürcüstana gəlməsi asanlaşdıqda, o, pula və vaxta qənaət edəcək. Biz bunda pis heç nə görmürük. Bizim tərəfimizdən başqa kontekst yoxdur”, -
Breqadze bildirib.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google