Müdafiə Nazirliyinin məlumatına görə, Müdafiə Qüvvələrinin hərbi
hissələrindən birinin sıravi hərbi qulluqçusunun meyiti tapılıb.
Agentliyin izah etdiyi kimi, ilkin məlumata görə, mərhum çənəsindən
güllə yarası alıb və hadisə yerində ölüb.
“Cari il iyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis
İdarəsi Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi
əsgəri Yusif Nəsibovun (2005-ci il təvəllüdlü) ölümü ilə bağlı
Cinayət Məcəlləsinin intiharı nəzərdə tutan 115-ci maddəsinin 1-ci
hissəsi araşdırmalara başlayıb.
İşin istintaqı ilə müəyyən edilib ki, adıçəkilən hərbi qulluqçu
xidməti silahı ilə gecə-gündüz növbətçiliyi həyata keçirib. Onu
olduöu postdan atəş səsi eşidilb və bununla əlaqədar postda yoxlama
aparılıb və İ.Nəsibovun öldüyü məlum olub.
İlkin məlumata görə, mərhum çənəsindən güllə yarası alıb və hadisə
yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi
tərəfindən araşdırmalar davam etdirilir.
Müdafiə Nazirliyi qeyd olunan faciəvi faktdan kədərləndiyini
bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı
verir", - məlumatda deyilir.