Parlamentin foyesində əlbəyaxa dava olub
Parlamentin foyesində müxalifət nümayəndələri ilə parlament çoxluğu arasında əlbəyaxa dava olub.

“Publika”nın müxbirinin verdiyi məlumata görə, qarşıdurma iclas zalından kənarda Vahid Milli Hərəkat Partiyasının üzvü Ana Tsitlidzenin “Gürcü arzusu”nun sədri, İrakli Kobaxidzeni “rus kəşfiyyatçı” adlandırdıqdan sonra başlayıb.

Foyedə “Rus casuslarına yox”, “Amerika agentlərinə yox”, yalançının *, “sənin * ananı***” kimi söyüşlər səslənib.

Parlamentin bu gün keçirilən plenar iclası da şifahi qarşıdurma ilə başlayıb. Parlamentin sədri Şalva Papuaşvili iclas zalını tərk edərək “Strategiya Aqmaşenebeli”nin lideri Qiorqi Vaşadzenin üstünə gedib.

Deputatlar qeydiyyatdan keçdikdən sonra müxalifət gündəmi dəqiqləşdirərkən Otar Partsxaladze haqda mövzu ilə bağlı açıqlamalar verməyə çalışıb. Həmçinin, parlamentdən mədəniyyət nazirini deyil, Milli Bankın prezidenti səlahiyyətlərini icra edəni dinləmələrini tələb ediblər. Parlamentin sədri Şalva Papuaşvili qeyd edib ki, prosedurla bağlı məsələlər müəyyəndir, gündəm artıq təsdiqlənib və onlar mikrofonları söndürüblər, sonra isə qarşıdurma yaranıb.

Digər müxalifət nümayəndələri etiraz əlaməti olaraq parlamentin iclas zalını tərk ediblər.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google