Qondarma Qarabağ Respublikası Rusiya sülhməramlılarının atəşi
dayandırmaq və döyüş hissələrini tərksilah etmək təklifini qəbul
edib,
BBC-nin Rusiya xidməti de-fakto respublikanın informasiya
mərkəzinin bəyanatına əsasən xəbər verir. Nəşrin məlumatına
görə:
“İki gün şiddətli döyüşlər getdi. Artsax silahlı
qüvvələrinin bölmələri özlərini qəhrəmancasına müdafiə edərək canlı
qüvvə və texnika baxımından onlardan bir neçə dəfə çox olan düşmənə
böyük itkilər verdilər. Təəssüf ki, Artsaxın da itkiləri,
yaralıları var. Bəzi hissələrdə rəqib müdafiə qüvvələrinin
mövqelərini yarmağa, bir sıra yüksəklikləri və yolların strateji
qovşaqlarını tutmağa müvəffəq olub”, - məlumatda
deyilir.
Qondarma Qarabağa görə, məhz bu səbəbdən qondarma hökumət “Rusiya
sülhməramlı missiyasının rəhbərliyinin atəşkəslə bağlı təklifini
qəbul edib”.
Rusiya ilə razılaşmaya əsasən, hərbi əməliyyatlar bu gün,
sentyabrın 20-də saat 13:00-da dayandırıldı.
Bəyanatda qondarma Qarabağ ordusunun tərksilah ediləcəyini, ağır
texnikanın qondarma respublika ərazisini tərk edəcəyini də
oxuyuruq.
Bundan əlavə, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan
tərəfinin nümayəndələri ilə Qarabağın erməni əhalisinin
“reinteqrasiya” və hüquq və təhlükəsizliyinin təmin edilməsi
məsələləri müzakirə olunacaq.