Advokatlaşdırma kampaniyasına qoşulmuş Marneulili gənclər Bələdiyyə Məclisi nümayəndələri ilə görüşüblər
Marneuli Bələdiyyə Məclisinin Məkan Quruculuğu Planlaşdırılması və İnfrastruktur Komissiyasının sədri Adil Əliyev “Etnik azlıqların ehtiyaclarının araşdırılması və müsbət dəyişikliklər üçün advokalaşdırma” layihəsinin iştirakçıları ilə görüşüb.

Mülki Məşğulluq və Aktivizm Mərkəzi tərəfindən yayımlanmış məlumata görə, görüşdə təşkilat nümayəndələri və layihə iştiraçıları iştirak ediblər.

“Görüşün məqsədi gənclərin Marneuli bələdiyyəsinin fəaliyyət sistemi ilə tanışlıq, Marneuli Bələdiyyə Məclisi üzvlərinin planlaşdırılan advokatlaşdırma kampaniyası haqqında məlumat almasıdır. Yerli əhali qarşısında dayanan sosial və infrastruktur ehtiyacları, problemlərin müzakirəsidir”, – təşkilatın məlumatında deyilir.

Görüş Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC) “Etnik azlıqların ehtiyaclarının araşdırılması və müsbət dəyişikliklər üçün advokatlaşdırma” layihəsi çərçivəsində keçirilib. Layihə “Regional Aktivizmin Davamlı Dəyişikliklər üçün Gücləndirilməsi” proqramı çərçivəsində Gürcüstan Strategiya və Beynəlxalq Münasibətlərin Araşdırılması Fondu tərəfindən Niderland səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər