Gürcüstan hökumətinin 19 sentyabr 2023-cü il tarixli qərarına
əsasən, 27-45 yaş arası qadınlar papilloma virusuna qarşı pulsuz
peyvənd oluna biləcəklər.
Bu barədə dəyişiklik hökumətin 30 dekabr 2022-ci il tarixli
qərarında yer alıb.
Dəyişikliyə əsasən, dövlət proqramı çərçivəsində həkim tövsiyəsi
ilə 15 yaşdan 45 yaşa qədər, sxem üzrə - 0 - 2 - 6 ay müddətində
üçdəfəlik peyvənd etmək mümkündür.
- Birinci və ikinci dozalar arasındakı minimum interval ən azı 1
ay, ikinci və üçüncü dozalar arasındakı minimum interval isə ən azı
3 ay olmalıdır.
Sənədə əsasən, 15 yaşa qədər olan uşaqlarda ən azı 6 ay fasilə ilə
ikidəfəlik peyvənd etmək mümkün olacaq.
Fərmanda qeyd olunur ki, papilloma virusuna qarşı peyvənd 10-26
yaşlı oğlanlar arasında aşağıdakı sxem üzrə aparıla bilər:
- 15 yaşa qədər yaş qrupunda - ən azı 6 ay fasilə ilə iki
peyvənd;
- 15 - 26 yaş qrupunda - aşağıdakı sxem üzrə üçqat peyvənd: 0 - 2 -
6 ay. Bu vəziyyətdə də birinci və ikinci dozalar arasındakı minimum
interval ən azı 1 ay, ikinci və üçüncü dozalar arasındakı minimum
interval isə ən azı 3 ay olmalıdır.