Prezident - Natia Turnava ilə bağlı qərarımdan çox təəssüflənirəm və buna görə üzr istəyirəm
Gürcüstan prezidenti Salome Zurabişvilinin fikrincə, Milli Bankın direktoru vəzifəsini icra edən Natia Turnava istefa verməlidir. Prezident bu barədə brifinqdə bildirib və əlavə edib ki, Turnavanın təyinatı ilə bağlı verilən qərardan təəssüflənir.

“Deməliyəm ki, qərarımdan çox təəssüflənirəm və buna görə üzr istəyirəm. Əgər o, baş tutmalı olan bugünkü görüşümüzü həmişəlik təxirə salmasaydı, növbəti addımların necə olması
ilə bağlı fikirlərimi şəxsən ona çatdırardım. İlk növbədə, Milli Bankın müstəqilliyini qoruya bilməyən, əksinə, bu prinsipə xələl gətirən prezident səlahiyyətlərini icra edən şəxs istefa verməlidir”,
- Zurabişvili bildirib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google