Marneulidə “Cavaxişviloba 2023” qeyd olunacaq
Marneuli bələdiyyəsində “Cavaxişviloba” bu il də qeyd olunacaq. Marneuli meriyası “Cavaxişviloba 2023”-ün qeyd olunması üçün 19 sentyabrda tender elan edib. Tender təklifinə görə, “Cavaxişviloba 2023” Tserakvi kəndində oktyabrın ikinci yarısında keçiriləcək.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, tədbirin keçiriləcəyi tarix hələ dəqiq məlum deyil və meriya tarixi, tədbirin proqramını bütün təfərrüatlar məlum olduqdan
sonra yayımlayacaqlar.

Tender təklifinin hesabatına görə, tədbirdə musiqili sərgi olacaq və “Cağoya sığınmışlar”, “Kvaçi Kvaçantiradze” tamaşından parçalar nümayiş olunacaq. Eləcə də Cavaxişvili muzeyinin həyətində səhnəcik təqdim olunacaq.

Marneuli yerli özünüidarəsi “Cavaxişviloba 2023”-ün qeyd olunması üçün 37 444 lari dəyərində tender elan edib. Qeyd edək ki, “Cavaxişiloba 2022” 8 noyabrda keçirilib. Ötən il meriya Cavaxişvilobanın qeyd olunması üçün 22 173 lari dəyərində tender elan etmişdi.

“Cavaxişviloba 2023” tədbiri ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər 29 sentyabrdan 2 oktyabra qədər öz təkliflərini təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345