Marneuli yerli özünüidarəsi tender vasitəsi ilə 50 ədəd konfrans
stulu və 50 ədəd diyircəkli ofis stulu alıb.
Marneuli meriyası konfrans üçün stulları almaq üçün “Geo Group”
MMC, ofis stulları almaq üçün isə “Savardzeli Plus” ilə müqavilə
bağlayıb.
“Cənab Kənan, xatırladırıq ki, tenderlər çərçivəsində
bizim tərəfimizdən konfrans stulu, eləcə də diyircəkli ofis
stulları alınmışdı. Ancaq o kifayət sayda deyildi. Yaranmış vacib
təşkilati ehtiyaclar bizdən qeyd olunan sayda 50 ədəd diyircəkli
ofis stulu və 50 ədəd konfrans stulu almağı tələb edir. Bunun üçün
sizə təşəbbüs təklifi, izahatnamə göndərirəm. Sizə tabe olan
Maliyyə-Büdcə Xidmətinə növbəti hüquqi reaksiyalar üçün
göndərilməsi məqsədi ilə sizə göndərilir”, - tenderin
izahatında yazılıb.
Marneuli yerli özünüidarəsi 50 ədəd konfrans stuluna 2 825 lari, 50
ədəd diyircəkli ofis stuluna isə 12 725 lari ödəyib.
Müqaviləyə görə, şirkətlər stulları müqavilə bağlandığı gündən, 12
sentyabrdan 15 dekabra qədər mərhələli şəkildə meriyaya təhvil
verməlidir.