Marneuli meriyası 50 ədəd konfrans stulunun və 50 ədəd diyircəkli stulun alınmasına 15 550 lari xərcləyib
Marneuli yerli özünüidarəsi tender vasitəsi ilə 50 ədəd konfrans stulu və 50 ədəd diyircəkli ofis stulu alıb. Marneuli meriyası konfrans üçün stulları almaq üçün “Geo Group” MMC, ofis stulları almaq üçün isə “Savardzeli Plus” ilə müqavilə bağlayıb.

“Cənab Kənan, xatırladırıq ki, tenderlər çərçivəsində bizim tərəfimizdən konfrans stulu, eləcə də diyircəkli ofis stulları alınmışdı. Ancaq o kifayət
sayda deyildi. Yaranmış vacib təşkilati ehtiyaclar bizdən qeyd olunan sayda 50 ədəd diyircəkli ofis stulu və 50 ədəd konfrans stulu almağı tələb edir. Bunun üçün sizə təşəbbüs təklifi, izahatnamə göndərirəm. Sizə tabe olan Maliyyə-Büdcə Xidmətinə növbəti hüquqi reaksiyalar üçün göndərilməsi məqsədi ilə sizə göndərilir”,
- tenderin izahatında yazılıb.

Marneuli yerli özünüidarəsi 50 ədəd konfrans stuluna 2 825 lari, 50 ədəd diyircəkli ofis stuluna isə 12 725 lari ödəyib.

Müqaviləyə görə, şirkətlər stulları müqavilə bağlandığı gündən, 12 sentyabrdan 15 dekabra qədər mərhələli şəkildə meriyaya təhvil verməlidir.

Print Email
FaceBook Twitter Google