Gələn ay Gürcüstan Prezidentinin impiçmenti məsələsinə baxılacaq
Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 3-də ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxacaq.

Bildirilib ki, bununla bağlı Salome Zurabişvilinin də iştirakı ilə oktyabrın 3-də yerli vaxtla saat 12:00-da şifahi dinləmə keçiriləcək.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi bu il sentyabrın 22-də hakim “Gürcü Arzusu” partiyasından olan 80 deputatın dəstəklədiyi, Prezidentinin konstitusiyanı pozması iddiası ilə hazırlanmış təqdimatın qəbul edib.

Sentyabrın 1-də S.Zurabişviliyə qarşı impiçmentlə bağlı hakim “Gürcü Arzusu” Partiyası imzatoplama kampaniyasına başlayıb. S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.

Müxalifətin dəstəyi olmadan “Gürcü Arzusu” və “Xalq Gücü” hərəkatının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək, çünki ən azı 100 səs lazımdır və çoxluğun hazırda cəmi 83 üzvü var.

Hakim partiya Zurabişvilini Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozmaqda ittiham edib (Prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var).

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345