Ruben Vardanyan saxlanılıb - Azərbaycan DSX
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bu barədə Azərbyacan DSX məlumat
yayıb.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə aparılıb. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Mənbə: trend.az
Print Email
FaceBook Twitter Google