Gürcüstanda 34 545 nəfər ünvanı göstərilmədən qeydiyyatdadır
Gürcüstanda 34 545 nəfər ünvanı göstərilmədən qeydiyyatdadır. Bu barədə Dövlət Xidmətləri Agentliyinin deputat Levan Bejaşvilinin deputat sualına cavab olaraq göndərdiyi məlumatda qeyd olunub.

Eyni məlumata görə, Gürcüstanın 104 615 vətəndaşı qeydiyyatdan çıxarılıb.

Qeydiyyatdan çıxarılma səbəblərinə gəlincə, ən çox - yaşayış yerinin sahibinə görə 31 838 vətəndaş qeydiyyatdan çıxarılıb; 2 fiziki şəxsin təsdiqi əsasında 28 126 vətəndaş qeydiyyatdan çıxarılıb; 16 484 vətəndaş - fiziki şəxsin ərizəsi ilə qeydiyyatdan çıxarılıb; 13 610 vətəndaş - qeydiyyat müddəti başa çatdığı üçün ünvansız qeydiyyatdan çıxarılıb; 12 501 vətəndaş isə xaricə daimi yaşamaya getdiyi üçün qeydiyyatdan çıxarılıb.
Mənbə: BPN

Print Email
FaceBook Twitter Google