Azərbaycan polisi Rusiya sülhməramlılarının müşayiəti ilə
Xankəndiyə daxil olub.
Trend-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə
yayılıb.
Kadrlardan görünür ki, Azərbaycan polis maşınlarından ibarət kolon
Xankəndiyə daxil olur.
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum
özünü buraxdığını elan edib. Qondarma rejimin qondarma "başçısı"
Samvel Şahramanyanın "Sərəncamında" qeyd olunub ki, Rusiya
sülhməramlı kontingentinin vasitəçiliyi ilə Azərbaycan
Respublikasının nümayəndələri
ilə əldə olunan razılaşmaya əsasən
Qarabağ sakinlərinin, o cümlədən, tərksilah olan hərbi
qulluqçuların əmlakları ilə öz nəqliyyat vasitələrində Laçın
dəhlizindən sərbəst və maneəsiz şəkildə könüllü keçidi təmin olunur
və "Dağlıq Qarabağ Konstitusiyası"nın 93-cü maddəsini rəhbər
tutaraq aşağıdakılar qərara alınır:
1. 1 yanvar 2024-cü il tarixindən "Artsax Respublikası"nın
tabeçiliyində olan bütün dövlət müəssisələri və təşkilatları
buraxılsın və "respublika" öz mövcudluğunu dayandırsın.
2. Qarabağ əhalisi, o cümlədən "respublika"dan kənarda olan
sakinlər hazırki gələcəkdə Qarabağda yaşamaq (qayıtmaq) imkanları
barədə sərbəst və fərdi qərar qəbul etmək məqsədilə "sərəncam"
qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının təqdim etdiyi
reinteqrasiya şərtləri ilə tanış olsun.
Mənbə: trend.az