Zurabişvilinin impiçmenti ilə bağlı hesabat oktyabrın ortalarında hazırlanacaq
Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı hesabatını oktyabrın ortalarında hazırlayacaq.

Bu barədə məhkəmənin hakimi Qiorqi Tevdoraşvili növbəti sessiyadan öncə jurnalistlərə açıqlamasında bildirib. O, işin önəmli olduğunu və məhkəmənin oktyabrın 15-dək nəticəyə gələcəyini bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Konstitusiya Məhkəməsində Prezidentin impiçmenti işi üzrə ilk dinləmə keçirilib. Məhkəmənin ikinci sessiyası bu gün baş tutacaq.
Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google