Şəxsiyyət vəsiqəsi və biometrik pasportu olan Gürcüstan vətəndaşları sərhəd nəzarətindən daha asan keçəcəklər
Dövlət Xidmətlərinin İnkişafı Agentliyi xəbər verir ki, şəxsiyyət vəsiqəsi və biometrik pasportu olan Gürcüstan vətəndaşları sərhəd nəzarətindən daha asan keçəcəklər.

“Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ilk dəfə olaraq, sənədi imzalayan ölkənin səyahət sənədlərinin həqiqiliyini təsdiq edən əsas sertifikatları təqdim edilib.

Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən ilk dəfə olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) biometrik
pasportun və elektron şəxsiyyət vəsiqəsinin həqiqiliyini təsdiq edən Ölkənin Əsas İmza Sertifikatı təqdim edilib.

Agentliyin sədr müavini Vladimir Siçinava Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatına həmin təşkilatın Açıq Açar Kitabxanasına (ICAO PKD) yüklənmiş sertifikatları təqdim edib.

Açıq Açar Kataloq Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan 193 ölkənin məlumatlarını özündə cəmləşdirən, sərhədlərdə dövlətlər arasında səyahət sənədi məlumatlarının təhlükəsiz və sürətli mübadiləsini asanlaşdıran vahid sənəd identifikasiyası sistemidir.

Ölkənin əsas imzalayan sertifikatlarının ICAO standartlarına uyğunluğu Gürcüstan adından verilən səyahət sənədlərinin etibarlılığını əhəmiyyətli dərəcədə artırır. Nəticədə şəxsiyyət vəsiqəsi və biometrik pasportu olan Gürcüstan vətəndaşları sərhəd nəzarətindən daha asan keçəcəklər.

Monreala səfəri zamanı Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin nümayəndələri ICAO-nun 18-ci Simpoziumunda iştirak ediblər, burada nümayəndələr elektron səyahət sənədlərinin təhlükəsizliyi və identifikasiyası üzrə yeni texniki və hüquqi standartlarla tanış olublar.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı səyahət sənədlərinin etibarlılığı və təhlükəsizliyi üçün beynəlxalq standartları müəyyən edir və daim yeniləyir. Həmçinin, o, vaxtaşırı Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin inkişaf yönümlü bir qurum kimi müştərilərə daha da təkmil xidmətlər təklif etmək üçün mütəmadi olaraq iştirak etdiyi simpoziumlara rəhbərlik edir”,
- agentliyin məlumatında qeyd olunur.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google