"Gələn il kiberhücumlarla bağlı birgə təlim
keçirəcəyik".
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də
Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov
və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli
görüşdə deyib.
O,
hərbi təlimin Türkiyədə baş tutacağını bildirib.
Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional
əməkdaşlığa töhfə verəcəyinə inanır:
"Fürsətdən
istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah
arzulayıram".