Yaşar Gülər: "Azərbaycan və Gürcüstan Türkiyənin hərbi əlaqələrinin ən sıx olduğu ölkələrdir"
"Azərbaycan və Gürcüstan Türkiyənin hərbi əlaqələrinin ən sıx olduğu ölkələrdir".

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.

O, təcrübəsini Türkiyə ilə bölüşdüyünə görə Azərbaycan və Gürcüstana təşəkkür edib: "Üç ölkənin birgə hərbi məktəbi də əlaqələrimizi gücləndirəcək. Təlimlərin gələcəkdə də davam etməsini arzulayırıq".

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google