Marneuli bələdiyyəsinin Maradisi kəndində toplantı keçiriləcək.
Bu barədə Marneuli meriyasının rəsmi veb-səhifəsində məlumat
yayımlanıb və yazılıb ki, toplantı Maradisi ictimai məktəbinin
ərazisində, 9 dekabr tarixində keçiriləcək.
Gündəliklə nəzərdə tutulub:
- Saat 12:00-13:00 – qeydiyyat
- Saat 13:00-13:10 – ümumi kən toplantısının açılışı
(Marneuli meriyası)
- Saat 13:10-13:20- Qeydiyyat göstəricilərinin
açıqlanması və gündəliyin müzakirəsi (Marneuli
meriyası)
- Saat 13:20- 13:40 –Ümumi məntəqənin toplantısı
məsələsinin müzakirəsi, açıq müzakirə və məsələlərin
bölünməsi
- Saat 13:40 -14:10 – Qruplarda işləmək (Marneuli
meriyası və fasilitatorlar)
- Saat 14:10-14:30 – Qruplarda iş nəticələrinin təqdimatı
(Fasilitatorlar və məntəqənin ümumi toplantı üzvləri)
- Saat 14:30 -15:00 – Açıq müzakirə və tövsiyələrin
hazırlanması/səsvermə üçün hazırlıq (fasilitatorlar və toplantı
iştirakçıları)
- Saat 15:00 -15:30 – Açıq səsvermə və səsvermə
nəticələrinin açıqlanması
- Saat 15:30 -15:45 – Ümumi məntəqə toplantısının
yekunlaşdırılması (Marneuli meriyası, fasilitatorlar, toplantı
iştirakçıları)
- Saat 15:45 – 16:00 – Yekunlaşdırma –
Qiymətləndirmə
Maradisidə ümumi toplantının keçirilməsi sərəncamını Marneuli meri
Kənan Ömərov verib. Sərəncama görə, Marneuli bələdiyyə meriyasının
İnzibati Xidmətinə və Marneuli bələdiyyəsinin Qullar inzibati
vahidliyində merin nümayəndəsinə Maradisi kənd əhalisinə məlumat
vermək, ümumi toplantının keçirilməsini təmin etmək, müvafiq
təbirlərin həyata keçirilməsi tapşırılıb.