Daxili İşlər Nazirliyinin məlumatına görə, Kaxetidə kişi özünün keçmiş arvadını yaralayıb, onun indiki ərini isə öldürüb
Saqareco bələdiyyəsinin Tüllər kəndində hadisə şahidlərinin sözlərinə görə, kişi əvvəlcə keçmiş arvadını yaralayıb, sonra isə qadının indiki ərini odlu silahla güllələyib. Kişi yerindəcə dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən “Azadlıq” radiosuna yaralama və adam öldürmə faktını təsdiqləyiblər. Onların sözlərinə görə, cinayət məcəlləsinin 19-109-cu maddəsi ilə iki və ya daha çox şəxsi ağırlaşdırıcı şəraitdə adam öldürməyə
cəhdlə bağlı istintaq başlayıb.

Cinayət 16 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yaralı qadın Saqarecodakı "Geohospitals" klinikasına yerləşdirilib, təcili əməliyyat olunur. Həkimlərin verdiyi məlumata görə, onun səhhəti ağırdır.

Münaqişənin nədən qaynaqlandığı hələlik məlum deyil. Hüquq-mühafizə orqanları hazırda Tüllər kəndində işləyir. Ərazi polis lenti ilə mühasirəyə alınıb.

Polis hələ heç kimi saxlamayıb.

Print Email
FaceBook Twitter Google