Qırmızı Körpü yolunda maşın iki nəfər piyadanı vurub - hər iki şəxs dünyasını dəyişib

Marneulidə, Qırmızı Körpü yaxınlığında maşın iki nəfər piyadanı vurub.

"Marneuli" radiosunun məlumatına görə, hər iki şəxs aldıqları xəsarətdən dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, 27 noyabr tarixində yük maşınlarının sürücüləri Qırmızı Körpü gömrük buraxılış məntəqəsi yaxınlığında dayanıblarmış və bir-biri ilə söhbət edirlərmiş. Bu zaman maşın onları vurub.

"Marneuli" radiosunun məlumatına görə, Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb. Faktla bağlı minik maşınının sürücüsü saxlanılıb.

 

 

Print Email
FaceBook Twitter Google