NATO Baş katibinin müavini Gürcüstanın spikeri ilə görüşəcək
NATO Baş katibinin müavini Mirça Ceoana Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək.


Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Gürcüstan rəsmisinin Brüsselə səfəri çərçivəsində dekabrın 6-da NATO-nun baş qərargahında baş tutacaq.

Parlament sədri NATO-Gürcüstan Komissiyasının iclasında da iştirak edəcək.

Mənbə: apa.az

Print Email
FaceBook Twitter Google