Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram
Teatrının rəhbəri Turqay Vəlizadə teatrın vəziyyəti və daxilində
baş verən proseslərin dezinformasiya olduğunu bildirdi.
Onun sözlərinə görə, teatr öz fəaliyyətini davam etdirir və
hal-hazırda yeni tamaşanın premyerasına hazırlaşırlar.
“Teatr öz fəaliyyətini davam etdirir. Hər şeyi qəşəng
görürsünüz. Hər dəfə sizin radio ilə əlaqəmiz var. Hər tamaşanı
işıqlandırısınız. Hal-hazırda da köhnə aktrisalarla gürcü dilində
tamaşa hazırlanır. Necə ki, “Mozqin”i gürcü dilində hazırladıq,
indi bunlarla da gürcü dilində tamaşa hazırlayırıq və premyerasına
hazırlaşırıq. İnşallah ilin sonuna qədər
oynanılasıdır”.
Turqay Vəlizadə teatrın beynəlxalq festivallarda da iştirak
etdiyini bildirdi və qeyd etdi ki, teatr adi rejimdə fəaliyyətini
davam etdirir. Onun sözlərinə görə, teatrın daxilində heç bir
ayrı-seçkilik yoxdur.
“Mənim üçün aktyor, aktrisalar və bütün əməkdaşlar
eynidir. Hərə öz işini görməlidir. Teatr adi rejimdə işləyir.
Pandemiya vaxtı işləyə bilmədik. Ondan sonra həmişə çalışmışıq ki,
teatrın məşqləri olsun, premyerası olsun. Artıq gürcüdilli tamaşa
da hazırlanır. Biz iki dildə – həm azərbaycan dilində, həm də gürcü
dilində tamaşa hazırlamağa başlamışıq. Yəni bir tamaşa hazırlanır.
O tamaşa da azərbaycan və gürcü dilində
oynanılır”.
Vəlizadə “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o,
Türkiyəyə qastrola getməzdən əvvəl üç tamaşa üzərində
işləyirmiş.
“Morfini təkrar oynadıq. Bulqakovun təzə tamaşasının
repetisiyasını edirdim. Bununla paralel olaraq Leyla, Aidə və
Telmanla birlikdə gürcüdilli tamaşanı da repetisiya edirdik. Üç
tamaşanın repetisiyası paralel olurdu. Başa düşmürəm, artıq nə deyə
bilərəm. Bir adam bir ay ərzində artıq üç tamaşa üzərində
işləyirdi. İndi qalır iki tamaşa. İndi də onun üzərində işləyirəm.
Tamaşanın hazırlanması bir ay da ola bilər, iki ay da ola bilər, üç
ay da ola bilər. Bu təbii prosesdir. Yəni heç bir yerdə yazılmayıb
ki, hər hansı tamaşa bir həftəyə, bir aya və yaxud hər hansı bir
vaxta hazırlanmalıdır. Mən deyərdim ki, teatr yaxşı səviyyədə davam
eidir”.
Turqayın dediyinə görə, rəhbər olmazdan əvvəl beynəlxalq
festivalların əksəriyyətini o, hazırlayırmış. Onun sözlərinə görə,
beynəlxalq festivallarda həmişə uğurla çıxış ediblər.
“Mən bədii rəhbər olmazdan əvvəl də, akyor və rejisor
olan vaxtlarımda da beynəlxalq festivalların əksəriyyətini mən
hazırlayırdım. Demək olar ki, hamsını, hardasa 90 faizini mən
hazırlayırdım. Qeybətə fikir vermək lazım deyil. “Marneuli”
radiosuna təşəkkür edirəm ki, bizim qastrolları və premyeraları
paylaşır. Hər şeyi, teatrın fəaliyyətini özünüz görürsünüz. Deməyə
heç nə yoxdur. Özünüz də görürsünüz ki, tamaşalarmız,
qastrollarımız olur. Beynəlxalq festivallarda uğurla çıxış edirik.
Gürcüstanın Türkiyədəki səfirliyinə təşəkkür edirəm. Bizim
tamaşamıza dəstək oldular. Tamaşaya da gəldilər. Yüksək qiymətlə
qayıtdıq. Ümumiyyətlə başqa festivallardan da uğurla qayıtmışıq.
Demək olar ki, bir il ərzində, misal üçün, keçən ilin noyabr
ayından bu ilin noyabr ayına qədər götürsək, üç festivalda iştirak
etmişik. Qazaxıstanda, Türkiyənin Dənizli şəhərində və indi də
Ankarada. Teatr inkişaf edir. Teatrda heç nə edilmir – bu yalandır.
Artıq sözüm yoxdur”.
Teatrın planlarından da danışan Vəlizadə bildirdi ki, onların
planları həmişəki kimi zəngindir.
“Yeni ildən sonra qastrollarımız, festivallarımız, yeni
premyeralarımız olacaq. Köhnə repertuarlarımızı yadan
çıxarmayacağıq. Köhənə tamaşalarımızı da yenidən səhnələşdirəcəyik.
Yeni tamaşalarımız da olacaq. Həmişəki kimi davam edəcəyik, teatrı
yaşadırıq. Teatr da öz fəaliyyətini davam etdirir. Teatr üçün də
əməyimizi əsirgəmirik. Kimsə deyirsə, teatrda iş getmir – bu
yalandır. Hər şeyi siz də görürsünüz.”
Turqayın dediyinə görə, bu günə qədər onların tamaşaları çox olub.
Onun sözlərinə görə, teatra başqa dəvət olunmuş rejisorlar da cəlb
edilib.
“Teatrmıza 3 rejisor dəvət olunub. Sadəcə olaraq bu il
dəvət etmədik. Özüm də çalışmağa başladım. Teatrmızda 3 dəvət
olunmuş rejisorun və özümün də hazırladığım tamaşalar olub.
Pandemiya zamanı olan 2 ili çıxmaq şərti ilə 3 il ərzində 3 rejisor
dəvət olunub. Onu da əlavə edim ki, ilk dəfə teatrda gürcü dilli
tamaşa mənim rəhbərlik vaxtımda olub. Tamaşalara azərbaycan və
gürcü yazıçıları ilə yanaşı xarici dramaturuqların pyeslərinə də
müraciət edirik. Əlbədtdə gələcəkdə də müraciət edəcəyik.
Hal-hazırda indi azərbaycanlı dramaturuq, gənc xanım Pərvin
Nuranəyevanın pyesi əsanında hazırlanım tamaşanın premyerasına
hazırlaşırıq. Bu günə qədər hazırladığım tamaşalar bunlardı. Üzeyir
Hacıbəyovun “Ər-arvad” tamaşası. İtaliyan dramaturuqunun “Mono”
tamaşası, “Morfi” tamaşası və 3 dəvət olunmuş rejisorun hazırladığı
tamaşa. 4 tamaşa mənim rəhbərliyim altında
hazırlanıb”.
Aidə Tağıyevanın fikirlərinə də münasibət bildirən bədii rəhbər
bildirdi ki, hal-hazırda köhnə əməkdaşlar da tamaşalarda
oynayırlar. Onun dediyinə görə, teatrın aktrisası Aidə Tağıyeva
həttda baş rolda oynayır.
“Hansı ki, həmin tamaşaların birində də onun (Aidə) özü
oynayır. Özü də baş rolda. Artıq nə deyə bilərəm. Nəyə etirazı var,
mən başa düşmürəm. Onun oynadığı tamaşa pandemiya zamanı
hazırlanmışdı. Sonra Aidə dekretə çıxdı. O, dekretdən qayıdandan
sonra bu ilin iyul ayında “Əziznisə” tamaşasını premyerasını
keçirdik. Hal-hazırda indi onun gürcüdilli premyerasını
hazırlayırıq. Aidə də baş roldadır. Mən başa düşmürəm ki, onun
etirazı nədir. Teatr adi rejimdə işləyir”.
Dram teatrın rəhbərinin sözlərinə görə, teatra yeni əməkdaşlar cəlb
olunur və yenə də cəlb olunacaq. Onun dediyinə görə, onun
əməkdaşları bəzi hallarda daxili qaydaları pozur və buna görə də
bəzi əməkdaşlarına töhmət də verib.
“Aidə çox sayda teatrın daxili qaydasını pozub. İki
dəfə töhmət də alıb. Repetisiya zamanı özünü peşəkar aparmayıb.
Repetisiya zamanı təhqirə yol verib. Məni təhqir edib və repetisiya
prosesini dayandırmağıma səbəb olub. O, qeyri peşəkar hərəkətinə və
təhqirə görə bir töhmət alıb. İkici töhmət də alıb. Onu da
məzuniyyət vaxtının bitiyinə görə alıb. Məzuniyyət vaxtının
bitdiyinə görə nə məni, nə drektoru, nə truppa rəhbərini, nə də ki,
texniki rejisoru xəbərdar etməyib. Məzuniyyətdən qayıtmayıb. Truppa
yığıncağına da gəlməmişdi. Xəbərdarlıq etməmişdi. İkinci
xəbərdarlığı da elə onlara görə almışdı. Başqa şeylərə getsək, neçə
dəfə mən ona şifahi töhmət vermişəm. Yazılı töhmət verməmişəm. Buna
baxmayaraq məni təhqir edib və buna da reaksiya verməmişəm. Yalan
danışır. Özünü kimdənsə artıq göstərir. Ona görə də iki töhməti
var. Hətta ona çox yumşaq töhmət vermişəm. Teatrın daxili
qayda-qanunlarına da tabe olmaq lazımdır. Heç kimi təhqir
etməməlisən. Amma əksinə Aidə tərəfindən mən təhqir olunmuşam. Mənə
pis sözlər deyib. Ona yenə də hərəkətlərinə görə töhmət vermək
olarıdı, amma verməmişəm. Bu da qalxıb artıq-əskik söyləyir. Bu
gözəl deyil. Kim kimi seçir, mən başa
düşmürəm”.
Turqay Vəlizadə onu da bildirdi ki, teatrın bütün aktyor və
aktrisalarının hamısı tamaşalarda iştirak edir. O, bu cür yalan
məlumatın yaymağın pis bir şey olduğunu bildirdi.
“Bu dezinformasiyadır. Bu düz olsa, başımız qurban.
Ancaq düz olmayan məlumatı yaymaq, dezonformasiyadır və yaxşı şey
deyil. Sən çalışdığın yerlə bağlı niyə yalan məlumat yayırsan. Bu
düz deyil. Faktın olmalıdır. Fakt olmayan yerdə hər şey yalandır.
Yenə deyirəm, yeni aktrisa və aktyorlar cəlb olunub. Hətta Aidə
tərəfindən o aktrisa və aktyorlara qarşı təzyiq və təhqir də olub.
Amma mən həmişə çalışmışam ki, teatrda ayrı seçkilik olmasın. Həmin
aktyorlar tərəfindən Aidəyə qarşı nə bir təzyiq, nə də ki, təhqir
olub. Əksinə həmişə başlarını salıb, işləri ilə məşğul olublar. Mən
bilmirəm, bu Aidə tərəfindən qısqançılıqdırmı. Yaxud nədir, mən
bilmirəm. Özümü deyir yeni əməkdaşlar cəlb olunmalıdır. Cəlb
etmişik. Onun tərəfindən yeni əməkdaşlara qarşı təzyiq və təhqirlər
olur. Nəyə görə? Mən başa düşmürəm. Bu qısqanclıqdırmı? Mən
bilmirəm. Baxmayaraq Aidənin maaşıda onlardan yüksəkdir.
Hal-hazırda baş roldadır. Söhbət nədən gedir, başa düşə
bilmirəm”.
Xatırladaq ki, bir müddət öncə Heydər Əliyev adına Tbilisi Dövlət
Peşəkar Azərbaycan Dram Teatrının aktrisası Aidə Tağıyeva teatrın
vəziyyəti və daxilində baş verən proseslər haqda danışmışdı. O,
bildirmişdi ki, son 5 il ərzində teatrda 4 yeni tamaşa
səhnələşdirilib və bu da utanverici bir haldır. Aktrisanın
“Marneuli” radiosuna dediyinə görə, dövlət teatrının bu vəziyyətə
gəlib çıxmasının əsas səbəbkarı teatrın bədii rəhbəridir.