Nika Melia yeni partiya qurur
Nika Melia Milli Hərəkatdan ayrıldıqdan sonra həmfikirləri ilə birlikdə partiya quracağını açıqlayıb. O, bu barədə “Mtavari” kanalının efirində məlumat verib.

“Bu partiya Gürcüstan demokratiyası üçün çox şey edəcək. Tezliklə qurulacaq. Sabahdan etibarən bu məsələ ilə bağlı işə başlayacağıq”, - deyə Melia bildirib.

Onun fikrincə, “bu, ən saleh partiya olacaq”.

Melia yenidən VMH-ın hazırkı rəhbərliyini tənqid edib və arxasında Davit Kezeraşvilini hesab etdiyi “qeyri-rəsmi idarəçilik”dən danışıb. Melia Saakaşvilini tənqid etməyib və bildirib ki, heç kim məhbusun arxasında gizlənməsin.

Gürcüstanın ən böyük müxalifət partiyası, keçmişdə isə hakim partiya - “Vahid Milli Hərəkat” aylardır daxili qarşıdurma şəraitində fəaliyyət göstərir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google