“Sirdir” – Hökumət dəftərxananın üstündə nə tikir
Son bir neçə həftədir ki, hökumət administrasiyasının binasının üstündə tikinti gedir. İndi meydança düzəltdikləri həyətdən də, yanındakı alçaq evlərdən də qara rəngli birmərtəbəli bina görünür.

Hökumət administrasiyası Tbilisinin mərkəzində, Azadlıq meydanından bir neçə on metr aralıda, İnqorokva küçəsində, bir-birinə bağlı üç binada yerləşir. Tikinti nisbətən alçaq, 7 mərtəbəli qanadda aparılır, onun da yeraltı boşluqları var.

Birmərtəbəli binanın tikildiyi hökumət administrasiyası binasının damında Gürcüstanın baş naziri İrakli Qaribaşvili də əvvəlki baş nazirlər kimi dəfələrlə yüksək rütbəli qonaqları qəbul edəcək.

Tikinti işlərinin təfərrüatlarını öyrənmək üçün “Azadlıq” radiosu hökumətin mətbuat xidməti ilə əlaqə saxlayıb. Məlumat vermək üçün yazılı müraciət tələb ediblər.

“Azadlıq” radiosu bir neçə məsələ ilə maraqlanıb:

• Nə edilir və hansı məqsədlə həyata keçirilir?
• Nə üçün bu tikintiyə başlamaq zərurəti yarandı?
• Tbilisi meriyasının icazəsi varmı?
• Neçəyə başa gəlir və podratçı şirkət kimdir?
• İşlər nə vaxt başlayıb və nə vaxt bitəcək?


“Yuxarıda göstərilənlər dövlət sirrinə aid olan məlumatdır”, -
“Azadlıq” radiosunun suallarına cavab olaraq hökumət administrasiyasından göndərilən məktubda deyilir.



Dron görüntülərində dövlət administrasiyası binasının dam örtüyü hissəsində (arxa tərəfi) binanın bütün fasadı ilə eyni rəngdə kirəmitlərdən istifadə edildiyi, iki tərəfinin şüşələndiyi görünür. Çox güman ki, ora binanın yuxarı mərtəbəsindən daxili pilləkənlə çıxmaq mümkündür.

Tikintinin uzunluğu təxminən 15 metr, eni isə 6 metrdən çoxdur. Onun sahəsi, ümumilikdə, 90 kvadratmetrdən çoxdur.

Bu videolardan da görünür ki, işlər başa çatmayıb, tikilmiş ərazidən təmir tullantılarını hələ də çıxarmayıblar.

Tbilisi meriyasında AzadlıqRadiosuna bildirilib ki, Gürcüstan hökuməti lazımi icazə alıb, lakin sənədlər ictimaiyyətə açıq deyil və rəsmi qaydada tələb edilməlidir.

Hökumət administrasiyasında davam edən daha bir tikinti var. Yazda, aprelin 7-də və burada meydanın təşkil olunacağı xəbəri yayılandan az sonra kansleriyanın binasının girişi qəfil hasarlanıb. Bu layihənin tender sənədlərinə də açıq mənbələrdə rast gəlinmir. Artıq 8 ay keçib və vətəndaşların mitinq keçirdikləri həyət hələ də hasarlanıb.



Print Email
FaceBook Twitter Google