Moskvadan Tbilisiyə uçan “Azimuth” aviaşirkətinə məxsus təyyarə
əlverişsiz hava şəraiti səbəbindən paytaxtın beynəlxalq hava
limanına enə bilməyib.
Bu barədə hava limanından məlumat verilib.
Hazırda Moskva-Tbilisi də daxil olmaqla bütün reyslər Kutaisi
Beynəlxalq Hava Limanına yönləndirilib.
Bildirilib ki, Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə artıq
Kutaisi hava limanına enib.
Qeyd edək ki, Rusiya bu ilin mayında
Gürcüstana birbaşa uçuşlara
qoyulan qadağanı ləğv edib. Bu qadağa 2019-cu ildə tətbiq edilib.
Mayın 19-da qadağa götürüldükdən sonra ilk uçuşu “Azimuth”
təyyarəsi həyata keçirib, mayın 20-də isə “Georgian Airways”in
təyyarəsi Moskvaya uçub. İyulun ortalarında isə Rusiyanın “Red
Wings” aviaşirkəti uçuşlara başlayıb.