Tbilisi-Saqareco (Kaxeti) istiqamətində yeni magistral yolun
tikintisi çərçivəsində 4 kilometrlik Vaziani yolunun inşası başa
çatıb.
Bunu Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli
Karseladze deyib.
Onun sözlərinə görə, yol Gürcüstanı Azərbaycanın şimal-qərb regionu
ilə birləşdirən tranzit dəhlizinin bir hissəsidir: Kaxeti
magistralının ilk 4 kilometrlik hissəsi artıq nəqliyyat vasitələri
üçün açılıb. Bu da Kaxeti magistralının tikintisində mühüm
irəliləyişin
sübutudur”.
Qeyd edək ki, Tbilisi-Saqareco magistralı Tbilisi ilə Kaxetini
birləşdirən əsas avtomobil yolunun, eləcə də Azərbaycanın
şimal-qərb regionunu birləşdirən tranzit dəhlizinin bir hissəsidir.
Vaziani yolu layihəsini Gürcüstan şirkəti həyata keçirib.
Tbilisi-Saqareco avtomobil yolunun qalan 31 kilometrlik hissəsinin
inşası davam etdirilir. Onun tikintisinin 2024-cü ildə başa
çatdırılması planlaşdırılır. Avtomobil yolunun tikintisi
Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdirilir. Layihənin
ümumi dəyəri 527,2 milyon laridir.