Bu ilin iyul-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına qoyulan
birbaşa xarici investisiyanın 5,2 %-i Azərbaycanın payına düşüb.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər
verir.
Məlumata görə, III rübdə qonşu ölkəyə 316 milyon ABŞ dolları
sərmayə yatırılıb ki, bunun da 16,4 milyon ABŞ dollarını Azərbaycan
sahibkarları həyata keçirib. Ölkəmiz bu baxımdan 7-ci yeri
tutub.
Rüb ərzində
Gürcüstana ən çox ABŞ (51,8 milyon ABŞ dolları), Böyük
Britaniya (45,8 milyon ABŞ dolları) və Niderland (45,3 milyon ABŞ
dolları) investisiya qoyub.